Zaqatalada avtomobil qoyun sürüsünü vurub - FOTO

30 May 2021 16:52

Zaqatalada minik avtomobili yaylağa köç edən qoyun sürüsünü vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə səhər saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Nəticədə 30 başdan çox qoyun tələf olub. Qəza zamanı minik avtomobilinə ziyan dəysə də, sürücü xəsarət almayıb.

Milli.Az