"Yuventus" və "Mançester Yunayted" arasında nəhəng transfer mübadiləsi

30 May 2021 16:22

"Yuventus" rəhbərliyi Kriştiano Ronaldonu "Mançester Yunayted"in futbolçusu Pol Poqba ilə dəyişmək istəyir.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi "Mançester Yunayted" yarımmüdafiəçisi qarşılığında portuqaliyalı ulduzunu təklif edir. 2022-ci ilə qədər müqaviləsi olan Ronaldonun  illik maaşı 31 milyon avro məbləğindədir. Ödənişin "Qoca Sinyora" üçün ağır olduğu bildirilir.

Qeyd edək ki, 28 yaşlı Poqba 2012-2016-cı illərdə də "Yuventus"da çıxış edib.

Milli.Az