Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 222 636 nəfərə çatıb.
Milli.Az APA-ya istinadən bildirir ki, ötən sutka ərzində daha 81 nəfər COVİD-19-a yoluxub, 4 nəfər ölüb.
Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 4432 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində ölən olmayıb.
Milli.Az