Gürcüstanda son sutkada 723 nəfər koronavirusa yoluxub

30 May 2021 14:07

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 723 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 343 603 nəfərə, ölənlərin sayı isə 4 757 nəfərə çatıb. Virusa yoluxanlardan 326 423 nəfərin sağaldığı bildirilir.

Milli.Az