Azərbaycanlı müğənninin "Dəli eşq"i sərhədlər aşır
4 Fevral 2012 14:45
Yenicə "Dəli eşq" adını yaraşdırdığı albomunu musiqisevərlərə teqdim edən əməkdar artist, Rəşid Behbudov adına Mahnı Teatrının solisti Lalə Məmmədovanın daha iki musiqi toplusu hazırlanacaq. Bu barədə Milli.Az-a müğənninin mətbuat katibi İlkin Babayev məlumat verdi.
"Özəllik ondadır ki, hazırlanacaq hər iki disk - həm dəli "Dəli eşq", həm də türk mahnılarından ibarət yeni albom Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyi və Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun dəstəyi ilə hazırlanır. Bu albomlar həm Qırğızıstanda, həm də bütün türk dunyasında satışa çıxarılacaq. Albomlar hazır olandan sonra Lalə xanım Bişkekə səfər edərək təqdimat mərasimlərinə özü də qatılacaq".
Mətbuat katibi baş tutacaq mərasim haqqında daha geniş açıqlama verəcəklərini də bildirdi.
Şahin Cavadsoy
Milli.Az