Goranboyda 18 yaşlı gənc qız intihar edib

29 May 2021 22:11

Goranboy rayonunda xalası gilə qonaq gələn şəxs intihar edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.

Tərtər rayonundan Goranboya xalası evinə qonaq gələn 2003-cü il təvəllüdlü Zəhra İsmayılova özünü asaraq intihar edib.

Onun hansı səbəbdən intihar etməsi isə hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Milli.Az