Aerobika gimnastikası üzrə dünya çempionatında qrup hərəkətlərində və aerodans proqramında qaliblər mükafatlandırılıb - FOTOlar

29 May 2021 18:11

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında qrup hərəkətlərində və aerodans proqramında qaliblərin mükafatandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qruplar arasında Rumıniya qızıl, Macarıstan gümüş, İtaliya isə bürünc medalla mükafatlandırılıb.

Aerodans proqramında isə Azərbaycan qızıl, Rusiya gümüş, Macarıstan bürünc medal əldə edib.

Milli.Az