Azərbaycan komandası aerobika üzrə aerodans proqramında dünya çemionu oldu

29 May 2021 17:44

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında aerodans proqramında Azərbaycan komandası qalib gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nərminə Hüseynova, Ayxan Əhmədli, Nigar İbrahimbəyli və Akif Kərimlidən ibarət Azərbaycan komandası 18.400 xal yığaraq qızıl medal qazanıb.

Gümüş medalı Rusiya (18.000 xal), bürünc medalı isə Macarıstan (17.800 xal) cütlüyü əldə edib.

Milli.Az