İtaliyalı cütlük aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüklər arasında qızıl medal qazanıb - FOTO

29 May 2021 16:58

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında qarışıq cütlüklər arasında İtaliya komandası qalib gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Mikela Kastoldi və David Donatidən ibarət Rusiya komandası 22.400 xal qazanıb.

Gümüş medalı Macarıstan (22.100 xal), bürünc medalı isə Rusiya (17.100 xal) cütlüyü əldə edib.

Milli.Az