İspaniya gimnastı aerobika gimnastikası üzrə dünya çempionu olub - FOTO

29 May 2021 16:18

Milli Gimnastika Arenasında keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında fərdi proqramda kişilər arasında İspaniya gimnastı Migel Mane qalib gəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, gimnast 22.350 xal qazanıb.

Gümüş medalı Roman Semyonov (Rusiya, 22.200 xal), bürünc medalı isə Lukas Barboza (Braziliya, 22.150 xal) qazanıb.

Azərbaycanlı gimnast Vladimir Dolmatov 21.100 xalla yeddinci olub.

Milli.Az