Gürcüstana getmək istəyənlərin nəzərinə - Gömrükdə bunlar tələb olunacaq

29 May 2021 13:48

Gürcüstan quru sərhədləri ilə ölkə ərazisinə daxil olacaq tam vaksinasiya olunmuş şəxslərdən COVID-19 PZR analizinin neqativ nəticəsini göstərən sənəd tələb edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

O deyib ki, qaydaların asanlaşdırılması yoluxma hallarının artması riski yaradır. Bu səbəbdən neqativ cavablı PZR analizi nəticəsini təqdim etməyən şəxslər Gürcüstanın quru sərhədlərindən ölkə ərazisinə buraxılmayacaqlar.

Qeyd edək ki, Gürcüstan iyunun 1-də quru sərhədlərini açmağı planlaşdırır.

Milli.Az