Türkiyədə sərnişin avtobusu aşıb: 1 nəfər ölüb, 10 nəfər yaralanıb

29 May 2021 18:40

Türkiyədə sərnişin avtobusu gecə saatlarında qəzaya uğrayıb.

Milli.Az metbuat.az-a istinadən bildirir ki, avtobus Siirt-dən Ankaraya gedərkən Adana yolunda aşıb. Qəza nəticəsində 1 sərnişin hadisə yerində vəfat edib, daha 10 nəfər isə yaralanıb. Yaralılar təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

İlkin ehtimala görə, sürücü sürət həddini aşıb.

Milli.Az