Rusiyanın 54 diplomatı bu ölkəni tərk etdi

29 May 2021 20:11

Rusiyanın Praqadakı səfirliyinin 54 diplomatı Çexiyanı tərk edib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya səfirliyinin mətbuat katibi Nikolay Bryakin məlumat verib.

O qeyd edib ki, səfirliyin əməkdaşları xüsusi təyyarə vasitəsi ilə Rusiyaya yola salınıb: "Diplomatik nümayəndəliyin ikinci qrup işçiləri və ailə üzvləri Çexiyanı 31 may tərk edəcəklər".

Milli.Az