Tolik də evlənir

29 Aprel 2010 17:17
Milli.Az xəbər portalının məlumatına görə, bunu Tolik özü Trend Life-a açıqlamasında bildirib. İyunda 31 yaşının tamam olacağını deyən prodüserin sözlərinə görə, o, xanımını atasının Qaraçuxurda yerləşən evinə gətirəcək. "Hazırda orada təmir işləri aparılır. Allah qoysa, gəlini o evə gətirəcəm", - deyə Tolik bildirib.

O, valideynlərinin seçəcəyi qızla ailə quracağını da qeyd edib: "Mən nəyə görəsə ailə qurmuram. Mənimçün nikah müqəddəs məsələdir. Odur ki, ailə quran zaman çox ehtiyatlı olmaq lazımdır".

Milli.Az