Aleyna sərvət dəyərində reklam müqaviləsi imzaladı

29 May 2021 09:06

Türkiyənin uğurlu müğənnilərindən sayılan Aleyna Tilki yeni reklam razılaşması imzalayıb.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, müğənni dondurma reklamından sonra meyvə şirəsinin reklam çəkilişində rol alacaq.

O, 6 aylıq kampaniya üçün 600 min TL (təxminən 120 min 540 manat) qazanacaq.

Qeyd edilir ki, Aleyna markanın reklam musiqisini və video klipini də hazırlayacaq.

Milli.Az