Ərdoğan Bakıda dünya çempionatında qızıl medal qazanan türk gimnastını təbrik edib - VİDEO

29 May 2021 07:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Aerobika Gimnastikası üzrə XVI Dünya Çempionatında qızıl medal qazanan türk gimnastını təbrik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, dövlət başçısı Türkiyə Gimnastika Federasiyasının rəhbərliyi ilə, daha sonra isə qadın gimnastların fərdi proqramında qızıl medal qazanan Ayşe Onbaşı ilə telefonla danışıb.

Qeyd edək ki, Aerobika Gimnastikası üzrə XVI Dünya Çempionatı Azərbaycanda ilk dəfə təşkil edilib. Türkiyə təmsilçisi Ayşe Onbaşı qadın gimnastların fərdi proqramında 21.850 xal toplayaraq, qızıl medal sahibi olub.

Milli.Az