Təhsil Nazirliyi VACİB məlumat yayıb - Sentyabrın 15-dən...

28 May 2021 21:50

"44 günlük Vətən müharibəsi zamanı Türkiyə dövləti və xalqı bizim yanımızda oldu. Bu tarixi köklərimiz təhsilə də öz töhfəsini verir".

Milli.Az cebhe.info-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

"İnanırıq ki, sentyabr ayında şagirdlərimiz əyani şəkildə məktəbə qayıdacaq", - deyə nazir bildirib.

Nazir həmçinin əlavə edib ki, ilyarım ərzində 13 STEAM mərkəzinin Azərbaycanda istifadəyə verilməsi proqnozlaşdırılıb.

Milli.Az