Aerobika gimnastikası üzrə dünya çempionatında komanda hesabında qaliblər mükafatlandırılıb

28 May 2021 17:34

Bakı Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə dünya çempionatında komanda hesabında qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, birinci yeri Rusiya, ikinci yeri Rumıniya, üçüncü yeri isə Macarıstan komandası tutub.

Qeyd edək ki, aerobika gimnatikası üzrə 16-cı dünya çempionatı mayın 29-dək davam edəcək.

Yarışda 22 ölkədən 166 idmançı çıxış edir.

Milli.Az