"Övlad itkisinə dözə bilmədi" - Aparıcı Zöhrə Abdullayevadan yazdı

28 May 2021 13:44

Xəbər verdiyimiz kimi bir neçə dəqiqə əvvəl əməkdar artist Zöhrə Abdullayeva vəfat etdi.

Milli.Az big.az-a istinadən xəbər verir ki, onun ölümünü hər kəs ürək ağrısı ilə qarşılayıb. Aparıcı Tarix əliyev Zöhrə Abdulayeva ilə fotosunu paylaşaraq:

"Allah rəhmət eləsin. Çox pis oldum. Zöhrə xanım övlad itkisinə dözə bilmədi. Hər ana da belə olmur" sözlərini yazıb.

Qeyd edək ki, 2018-ci ildə Zöhrə Abdullayevanın oğlu beyin xərçəngindən vəfat edib.

Milli.Az