Prezident Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlini qoyub - VİDEO - FOTO

28 May 2021 12:43

Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısına inşa ediləcək ilk yaşayış binası barədə məlumat verilib.

Qeyd olunub ki, ABŞ-ın "Gensler", Azərbaycanın "Azərbaycan inkişaf" və Türkiyənin "URAL mühandislik" şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.

Dövlətimizin başçısı binanın təməlini qoydu.

Milli.Az