Dünyanı dəhşətə gətirən edam: Tanınmış şəxsi ailəsinin gözləri qarşısında güllələdi

28 May 2021 18:54

Şimali Koreyanın Vonsan şəhərində yerli Kənd Təsərrüfatı şirkətində baş mühəndis işləyən Li adlı şəxs hamının gözləri qarşısında güllələnərək edam edilib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, edama təqribən 500 nəfər şahidlik edib. Dəhşətlisi budur ki, edam edilən şəxsin ailəsinin üzvlərindən ön sırada dayanmaq tələb olunub. Qanunsuz musiqilər və filmlər satdığına görə günahkar bilinən şəxsin ittihamları oxunduqdan sonra o edam edilib.

Məlumata görə, ona 12 dəfə atəş açılıb. Bildirilib ki, bu tipli qanunsuz əməllər törədənlər yüngül cəzalarla xilas ola biləcəyini düşünməsin.

Milli.Az