"Azərbaycanla oyun xüsusi idi" - Türkiyə millisinin üzvü

29 May 2021 19:27

Türkiyə millisinin və "Sassuolo"nun futbolçusu Kaan Ayhan mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi iki gün əvvəl Azərbaycan yığmasına qarşı keçirilən yoldaşlıq görüşü barədə də danışıb. O, qarşılaşmaya yaxşı başlamadıqlarını etiraf edib:

"Böyük yığmalara qarşı uğurlu oyunlar sərgiləmişik. AVRO-2020-də də bunu təkrarlaya bilərik. Azərbaycanla oyun mənim üçün xüsusi idi. Çünki bu görüşə kapitan kimi meydana çıxmışdım. Oyuna yaxşı başlamadıq. Bunu hamımız bilirik. Amma matçın gedişində dəyişikliklər etdik. İnşallah, Avro-2020-də bu matçların faydasını görərik".

Qeyd edək ki, Alanyada keçirilən Türkiyə - Azərbaycan oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Milli.Az