Alanyadakı "Oba" stadionunda keçirilmiş Türkiyə - Azərbaycan oyunundan əvvəl AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir arasında görüş keçirilib.
Milli.Az apasport.az-a istinadən bildirir ki, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparılıb, xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Türkiyə - Azərbaycan oyunu "ay-ulduzlular"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Milli.Az