“Anatolian Phoenix-2021” təlimində növbəti mərhələnin tapşırıqları icra olundu - FOTO

27 May 2021 19:00

Türkiyənin Konya şəhərində "Anatolian Phoenix-2021" beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlərin növbəti günündə senariyə uyğun olaraq axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçuları məlumatları xəritə üzərinə işləyib. Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları isə müxtəlif epizodlar üzrə tapşırıqları icra ediblər.

Milli.Az