Türkiyə qorxulu silahını üzə çıxardı: İlk atış həyata keçirildi - VİDEO

28 May 2021 03:30

Türkiyənin yerli imkanları ilə ərsəyə gətirdiyi silahlı pilotsuz qayığı ilk dəfə təlimlərə cəlb edilib.

Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, SİDA pilotsuz qayığı "Dəniz canavarı 2021" təlimləri çərçivəsində hədəfi ilk mərmidə dəqiq vurub.
Qeyd edək ki, təlimlər Aralıq dənizinin şərqində keçirilir. 

Milli.Az