Azərbaycanda universitetə baş direktor təyin olundu

27 May 2021 18:42

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutuna baş direktor təyin olunub. İnstitutun yeni baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayevdir.

Milli.Az xəbər Sputnik Azərbaycana istinadla xəbər verir ki, yeni direktorun təqdimatında AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev, vitse-prezident, akademik Rasim Əliquliyev, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov və institutun Elmi şurasının üzvləri iştirak ediblər.

AMEA-nın müxbir üzvü İslam Mustafayevi kollektivə təqdim edib. Bildirib ki, İslam Mustafayev 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirdikdən sonra Milli Elmlər Akademiyasının Radiasiya Tədqiqatları Sektorunda işləməyə başlayıb.

Milli.Az