Bakı Nikolun “daha bir ipini” ələ keçirdi

28 May 2021 02:20

Paşinyan Rusiyadan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazılığını açıq dilə gətirməyə başlayıb. Paşinyanın lideri olduğu partiyanın parlamentdəki qrup rəhbəri də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını sərt tənqid edərək, onları proseslərə seyrçi qalmaqda ittiham edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Paşinyana dəstək yenə Qərbin bəzi ölkələrindən gələcək:

"Kimlərsə Azərbaycan əleyhinə açıqlama verəcək və rəsmi İrəvan həmin açıqlamaları geniş yayacaq ki, əhalini sakitləşdirsin. Ermənistan müxalifəti erməni diversantların Azərbaycan Ordusu tərəfindən yaxalanmasını seçki öncəsi Paşinyanın mövqelərini zəiflətmək üçün istifadə etməyə çalışacaq. Əgər biz həmin 6 diversantı seçkiyə qədər İrəvana təhvil versək, tam əksinə, bu, Paşinyanın reytinqinə müsbət təsir edəcək.

İplər bizim əlimizdədir".

Milli.Az