Avropa Liqasında həftənin oyunçusu açıqlandı

27 May 2021 20:27

Avropa Liqasında final matçından sonra həftənin futbolçusunun adı məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, həftənin ən yaxşısı "Vilyarreal"ın yarımmüdafiəçisi Etyen Kapu olub. Fransalı oyunçunun finalda "Mançester Yunayted"lə matçda verdiyi ötürmələrin 81 faizi dəqiq alınıb.

Qeyd edək ki, əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan final oyununun penaltilər seriyasında "Vilyarreal" "Mançester Yunayted"ə 11:10 hesabı ilə qalib gəlib.

Milli.Az