NASA-dan paylaşım: “Hey İstanbul, parıldayırsan!” - FOTO

27 May 2021 20:12

ABŞ-ın NASA agentliyi özünün "Instagram" hesabından Türkiyə ilə bağlı paylaşım edib.

Bu barədə "Haber Global" xəbər verir.

Fotoya "Hey, İstanbul, parıldayırsan! Bosfor boğazı və Qızıl Buynuzun (Haliç - red.) iki yerə ayrıldığı şəhərin gecə işıqlarına baxın" şərhi yazılıb.

Kadrların cari ilin mayın 21-də çəkildiyi vurğulanıb.

Paylaşım 1,8 milyondan artıq bəyənilib.

Milli.Az