Nigeriya sahillərində sərnişin gəmisi qəzaya uğrayıb.
Milli.Az Metbuat.az-a istinadən xəbər verir ki, hadisə zamanı göyərtədə 160-dan çox sərnişin olub.
Onlardan 22-ni xilas etmək mümkün olub. İtkin düşən digərlərinin öldüyü güman edilir. Onların axtarışları davam edir. Məlumata görə, hadisə zamanı gəmidə ağır yüklər olub.
Gəminin ağırlığa tab gətirməyərək batdığı güman edilir.
Milli.Az