Ərə getdiyini təsdiqlədi - FOTOlar

27 May 2021 09:39

Amerikalı müğənni Ariana Qrande 25 yaşlı sevgilisi Dalton Qomesə ərə getdiyini təsdiqləyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə 27 yaşlı sənətçi İnstaqram səhifəsində toyundan fotolar paylaşaraq məlumat verib.

Cütlüyün toyu mayın 15-də Ariananın Kaliforniya ştatındakı Montesito şəhərində reallaşıb. Onların toyunda ailə üzvləri və yaxınları iştirak ediblər.

Qeyd edək ki, Ariananın bir müddət əvvəl gizlicə ərə getdiyi haqda xəbərlər yayılmışdı.

Milli.Az