Namiq "Kurtlar vadisi"nin aktyoru ilə görüşdü - VİDEO

27 May 2021 10:34

Meyxanaçı Namiq Qaraçuxurlu hazırda "Eşkiya dünyaya hükümdar olmaz" serialında "Tufan" obrazını canlandıran məşhur türkiyəli aktyor Hüseyn Avni Danyal ilə bir araya gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  İstanbulda çəkilişdə olan Namiq aktyorla videosunu İnstaqram hesabında paylaşıb.

Görüntülərdə Hüseyn Azəbaycana olan sevgi və salamlarını çatdırıb. 

Qeyd edək ki, Hüseyn Avni Danyal "Kurtlar vadisi" serialındakı "Bulut" obrazı ilə məşhurlaşıb.

Milli.Az