Suriyada səsvermə başa çatdı

27 May 2021 08:18

Suriyanın Ali Məhkəmə Komitəsi (Seçki Komissiyası) respublika prezidenti seçkilərində səsvermənin başa çatdığını elan edib.

"Seçkilər başa çatdı, səslərin hesablanması başlandı", - rəsmi məlumatda deyilir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, daha əvvəl Suriyada prezident seçkilərində səsvermənin müddəti gecə yarısına qədər uzadılmışdı.

Milli.Az