Yaponiya İmperatoru Prezident İlham Əliyevi təbrik edib

26 May 2021 19:04

Yaponiya İmperatoru Əlahəzrət Naruhitodan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə xoşbəxtlik, xalqınıza yüksək rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram".

Milli.Az