Samoada Baş nazir hökumət binasından qovuldu, görün nə etdi

27 May 2021 01:50

Sakit okeanın cənub-qərb hissəsindəki Samoada yeni seçilən baş nazir, "Tək həqiqi Tanrıya inam" partiyasının rəhbəri Fiame Naomi Matafa hökumət binasından qovulub və çadırda and içməyə məcbur edilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, siyasətçinin seçilməsi İnsan Hüquqlarını Müdafiə Partiyasının (HRPP) və onun rəhbəri Tuilaep Sailele Malieleqaoinin 40 illik hakimiyyətinə son qoyulub.

Yeni baş nazir mayın 24-də vəzifəsinə başlamaq üçün and içməli idi, lakin keçmiş baş nazir hakimiyyətdən imtina etməyib və onu hökumət binasına buraxmayıb.
Nəticədə Matafe parlamentin qarşısındakı çadırda and içməyə məcbur olub.

Milli.Az