Uzun müddətdir ki duet ortaqları Nadir Qafarzadə və Ayan Babakişiyevanın sevgi münasibətlərinin olduğu söylənilir. Onların birgə paylaşdıqları foto və videolar müzakirələrə səbəb olur.
Milli.Az sherg.az-a istinadən xəbər verir ki, A.Babakişiyeva "Atv maqazin onlarla" proqramına açıqlamasında bütün şayiələrə aydınlıq gətirib. Sənətçi mövzu ilə əlaqəli bunları söyləyib:
"Nadirlə Ayan eşq yaşayır... Amma ifa etdikləri duetlərdə, mahnılarda, musiqilərdə. Bir insan görmək istədiyini görür. Biz ailəvi yaxın dostuq. Onun həyat yoldaşı Sevinc xanım ilə də yaxınam".
Milli.Az