Respublika Günündə Bakı-Sumqayıt qatarı işləyəcək

26 May 2021 16:12

28 may - Respublika Günündə Bakı-Sumqayıt qatarı faəliyyət göstərəcək.

Bu barədə Milli.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Bununla belə, həmin gün qatarlar qeyri-iş günləri üçün nəzərdə tutulmuş xüsusi qrafik əsasında (məhdud sayda) hərəkət edəcək.

Milli.Az