3 aylıq tətilə 250 min ödədi - FOTOlar

27 May 2021 03:40

2019-cu ildə evlənən Eser Yenenler ilə Berfu Yıldız yay tətilinə indidən başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük sentyabra qədər Alaçatıda qalmaq qərarı alıb. Övladları Kuzey və Mete ilə birlikdə İzmirə yollanan Eser və Berfu bu istirahət üçün külli miqdarda pul xərcləyib.

Yenenler 3 ay qalacağı hovuzlu villa üçün 250 min lirə (53 min manat) ödəyib. Kirayə götürdükləri evə köçməzdən əvvəl cütlük Alaçatıya yollanıb və villaya baxıb. Evi bəyənən Yıldız bəzi əşyaların dəyişdirilməsini istəyib.

Milli.Az