Bakıda oğurluğa görə tutulan şəxslərin daha üç evdən 177 min manat oğurladıqları məlum oldu

26 May 2021 14:36

Oğurluğa görə saxlanılan şəxslərin 3 evdən külli miqdarda oğurluq etdikləri məlum olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulan Ə.Əhmədovun və C.Süleymanovun ətraflarında Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların müxtəlif vaxtlarda daha 3 evdən ümumilikdə 100600 ABŞ dolları, 700 avro, 5000 manat dəyərində geyim, qızıl-zinət və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Milli.Az