PSJ-dən 18 yaşlı futbolçu üçün 100 milyon avro

25 May 2021 20:19

PSJ ilin ən böyük transferlərindən birini etməyə hazırlaşır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Paris təmsilçisi "Renn"in futbolçusu Eduardo Kamavinganı almağa yaxındır. 18 yaşlı yarımmüdafiəçi klub rəhbərliyinə komandadan ayrılmaq istədiyini bildirib. "Renn" futbbolçu üçün PSJ-dən 100 milyon avro tələb edir. Paytaxt klubu isə bu məbləği ödəməyə hazırdır.

Qeyd edək ki, Kamavanqanın "Renn"lə müqaviləsi gələn ilin yayına qədərdir.

Milli.Az