Azərbaycanın hərbi gəmiləri döyüş atışları icra edib - VİDEO

25 May 2021 13:44

2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları icra edib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, gəmilər arasında qarşılıqlı fəaliyyət və əlaqənin təşkili elementləri də məşq etdirilib.

Milli.Az