Bir gecədə 10 mükafat qazandı - “Billboard” baş tutdu

26 May 2021 00:40

Musiqi dünyasının ən prestijli mükafatlarından biri sayılan "Billboard" dünən gecə Los-Ancelesdəki Microsoft Teatrında baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gecənin aparıcısı Nik Conas olub. Mükafatlandırma mərasimindən əvvəl qırmızı xalça paradı təşkil edilib.

16 kateroqiyada yarışan The Weeknd gecəni "İlin artisti" də daxil olmaqla 10 mükafat qazanaraq tərk edib.

Milli.Az