Eşq dedi-qoduları ilə gündəmə gələn müğənni Sıla Gençoğlu və aktrisa İlker Kaleli Bodrumda görüntülənib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, birlikdə istirahətə gedən Kaleli fotolarının çəkildiyini görüb Sılaya "Çölə çıxma, biri bizi görüntüləyir" sözlərini deyib.
Sıla Hazer Amanidən ayrıldıqdan sonra İlker Kaleli ilə münasibətə başlayıb. Dəfələrlə bu haqda sualları inkar edib. Ötən gün İlker Kaleli Sılanın 300 min lirəyə kirayələdiyi villanın həyətində görüntülənib. İddiaya görə cütlük bir aydır tətildədir.
Milli.Az