Saray qəsəbəsində ahıl kişi intihar etdi

25 May 2021 10:49

Abşeron rayonunda intihar hadisəsi qeydə alınıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Saray qəsəbəsində baş verib. Belə ki, 1941-ci il təvəllüdlü Hüseynov Əhməd Hacırəhim oğlu yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri bilinmir.

Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az