Azərbaycanda nüfuzlu şəxs qəfil vəfat etdi - FOTO

25 May 2021 10:04

Azərbaycanda həkim-travmotoloq, tibb elmlər doktoru vəfat edib.

Azərbaycan Tibb Universitetinin (ATU) Travmatologiya və ortopediya kafedrasının müdiri Əhməd Əhmədzadə dünyasını dəyişib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, elmlər doktorunun uzun müddət səhhətində problemlər olub.

Qeyd edək ki, o, 1998-ci ildən bu vəzifədə çalışıb. Azərbaycanda ən müasir müalicə metodlarının ətrafların sınıqları zamanı tədbiqi Əhməd Əhmədzadəyə məxsusdur. İlizarov aparatını Azərbaycanda ilk dəfə tədbiq edib.

Professor 75 yaşında vəfat edib.

Milli.Az