Bakıda avtomobilin vurduğu qadın komaya düşüb

25 May 2021 08:38

Bakıda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospeltinin Nizami rayonu ərazisindən keçən hissəsində baş verib.

1981-ci il təvəllüdlü Əliyeva Fatimə Qiyas qızı yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı piyada komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az