Lənkəranda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, qəza şəhərin mikrorayon ərazisində qeydə alınıb.
Şəhər sakini, 1963-cü il təvəllüdlü Zivər Xalıq qızı Ağayeva "VAZ-2109" markalı avtomobil tərəfindən vurulub. Minik avtomobilinin hələlik adı məlum olmayan sürücüsü piyadanı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Xəsarət alan 58 yaşlı qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az