Malayziyada metroda qatarların toqquşması nəticəsində 166 nəfər yaralanıb

24 May 2021 22:10

Malayziyanın Kuala-Lumpur şəhərinin metrosunda iki qatarın toqquşması nəticəsində azı 166 nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Vi Ka Siona bildirib.

Nazirin sözlərinə görə, yaralılardan 47 nəfərin vəziyyəti ağırdır.

Hadisə yerli vaxtla saat 20:33-də baş verib. Toqquşan qatarlardan birində 232 sərnişin olub, digəri isə sınaq rejimində işə salındığından boş olub.

Milli.Az