Ermənistanda əsgər hərbi hissədə intihar edib

24 May 2021 21:10

Ermənistanda hərbi hissələrdən birində əsgər meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Sputnik"ə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

İlkin məlumatda hərbçinin intihar etdiyinin ehtimal olunduğu qeyd edilib.

Bildirilib ki, həmin şəxs hərbi xidmətə bu ilin əvvəlində çağırılıb.

Milli.Az