Paşinyan Koçaryanı qabaqladı

24 May 2021 17:25

Ermənistanda qarşıdan gələn növbədənkənar parlament seçkiləri ilə bağlı sorğu keçirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, telefonla təşkil olunan sorğuda Nikol Paşinyanın komandası ilk sırada qərarlaşıb.

Belə ki, sorğunun nəticələrinə əsasən, Nikol Paşinyanın şansı 24,8 faiz, Robert Koçaryanınkı isə 14,3 faiz qiymətləndirilib. Yerli media yazır ki, sorğuda qərarsız olduğunu deyənlərin hesabına Paşinyanın göstəriciləri 9.6 faiz artaraq 34.4-ə çatacaq.

Bundan əlavə, sorğuda "Çiçəklənən Ermənistan" partiyası 1,6%, "Respublika" 0,8%, "Vətən" partiyası isə 1,2% səs alıb. Respondentlərin 13.4 faizi heç kimə səs verməyəcəyini bildirib.

Milli.Az